21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Vəkil Elçin Sadıqov: “Əvəz Zeynallı adımı çəkib “şou” düzəldir”
Tarix: 28-03-2023 10:47 | Bölmə: Cəmiyyət
Vəkil Elçin Sadıqov: “Əvəz Zeynallı adımı çəkib “şou” düzəldir”
Elçin Sadıqov

"Bu müddət ərzində dinmədim, səbr etdim. Düşündüm ki, həyat yoldaşının nə yazmasından, danışmasından asılı olmayaraq gözləyim, görüm, Əvəz Zeynallı nə deyir. Məni tanıyanlar bilir bütün görüşlərimdə Əvəz Zeynallının həbsinin siyasi olduğunu bildirmişəm. Amma Zeynallı məhkəmədə məni özü ilə birlikdə görmək istədiyini bildirib".

Bunu Reyting.az-a vəkil Elçin Sadıqov hazırda həbsdə olan “Xural” TV-nin rəhbəri Əvəz Zeynallının məhkəmədəki ittihamlarına cavabında deyib.

Elçin Sadıqov bildirib ki, Əvəz Zeynallıdan Rasim Məmmədov və onun ailə üzləri barəsində yazmamağı xahiş edəndə Ə. Zeynallı ondan nə qədər pul qazandığını, dolanışığımın necə olduğunu soruşub:

"Allah şükr etdim və bunun məsələyə nə aidiyyətinin olduğunu soruşdum. O isə bildirdi ki, sən dolanırsan, mən də dolanmaq istəyirəm. Rasim Məmmədovun ailəsinə dedim ki, bu, yaxşı adam deyil, 14 il pulsuz vəkillik etmişəm, indi bir şeyi xahiş edəndə pul istəyir, bununla ümumiyyətlə danışmayaq. O gündən sonra Əvəz dayanmadı, hər gün Məmmədova və ailə üzvlərinə qarşı hədyanlar danışmağa başladı”.

E. Sadıqov əlavə edib ki, Ə. Zeynallı hətta 26 avqust 2022-ci il tarixli çıxışında onun adını çəkməsə də, Məmmədovun müdafiə işinə də “ilişib”: “Bundan sonra Əvəz Zeynallı ilə danışmağa məcbur olduq. Əvəz mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq. Pulu aldı. Cəmi 4 gün sonra yenə hədyanlar danışdı. Mən Əvəzin pul alıb yenə danışacağını, “karusel” edəcəyini heç gözləməzdim.
Bu da Məmmədovların haqlı narazılığına səbəb oldu. Həmin gün narazılıq olmasın deyə, öz vəsait hesabına Məmmədovların pulunu qaytardım. Və sonra mənə dedi ki, ona pul yox, sənədlər verdiyimi deyim. Özü də elə dedi. Sənəd adı gələn kimi, ikimizi də tutdular. Halbuki, CM-nin 312-ci maddəsinin qeydini xxəbərdar olan hər kəs bilir ki, mənim əməlimdə heç vaxt cinayət tərkibi olmayıb. Məni vəsatətə görə həbs etmişdilər”.

E. Sadıqov diqqətə çatdırıb ki, Ə. Zeynallıya qarşı müxtəlif ittihamlar və çoxlu epizodlar var: “Bəlkə də maddələrinin sayını özü də bilmir. Amma yenə də mənim adımı çəkib “şou” düzəldir. Onda belə çıxır ki, o biri ittihamların hamısı düzdür, ona görə Əvəz onları pərdələməyə çalışır".

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər