Abşeronda qəzada iki nəfər ölüb
Tarix: 28-03-2023 10:54 | Bölmə: Cəmiyyət
Abşeronda qəzada iki nəfər ölüb

Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunda 2 nəfərin öldüyü, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Reyting.az
xəbər verir ki, məlumata görə, ötən gün saat 17:00 radələrində Xırdalan-Saray yolunda Sumqayıt şəhər sakinləri – Fərzəliyev Ehtiram Niyaz oğlunun idarə etdiyi “İVECO"' markalı 90-JU-259 nömrə nişanlı yük avtomobili ilə Hüseynov İsmayıl Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı 90-SM-259 nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}