Bakıda yaşayış binasında yanğın olub, ölən var
Tarix: 28-03-2023 12:59 | Bölmə: Cəmiyyət
Bakıda yaşayış binasında yanğın olub, ölən var

Bakıda yaşayış binasında yanğın olub.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, paytaxtın Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 78 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 1 ədəd kreslo qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}