18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Kəlbəcərdə traktor qəzaya düşüb, sürücüsü yaralanıb
Tarix: 28-03-2023 20:13 | Bölmə: Cəmiyyət
Kəlbəcərdə traktor qəzaya düşüb, sürücüsü yaralanıb

Kəlbəcərdə traktor qəzaya düşüb, sürücüsü yaralanıb.

DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Reyting.az-a bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Zod aşırımı adlanan ərazisinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Kəlbəcər rayon sakini, 1968-ci il təvəllüdlü Feyruz Bayramov Naftalan şəhər Yol İdarəsinə məxsus traktor ilə qar uçqunu altında qalmış yolun açılması zamanı aşıb və nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Srücü hadisə yerindən çıxarılaraq xəstəxanaya yerləşdirilib və sol ayağının topuq oynağı tromotik amputasiya edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}