21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Keçmiş icra başçısının cəza müddəti azaldılıb
Tarix: 29-03-2023 14:13 | Bölmə: Cəmiyyət
Keçmiş icra başçısının cəza müddəti azaldılıb

Cəlilabad rayon icra hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

Reyting.az
xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfinin şikayəti qismən təmin edilib.

Hakim İsmayıl Əhmədovun sədrlik etdiyi hakimlər heyətinin qərarı ilə Namiq Zeynalovun cəzası 12 ildən 11 il 9 aya endirilib.

Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. İş üzrə üzərinə həbs qoyulmuş əmlaklar dövlət nəfinə müsadirə edilib.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər