21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb
Tarix: 31-03-2023 20:39 | Bölmə: Cəmiyyət
Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb

Martın 31-i saat 18:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Kişçay (Şəki), Sarıbaş (Qax), Qobustan, Altıağac, Xaltan, Qırız, Şahdağ, Yardımlı, Lerikdə qar, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Tərtər, Mingəçevir, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astarada, Bakıda və Abşeron yarımadasında arabir intensiv xarakterli yağış yağıb.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin faktiki hava durmu ilə bağlı məlumatında bildirilib.

Məlumata görə, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatında isə bildirilir ki, Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər