21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
4,5 milyard dollar oğurlayan keçmiş baş nazir əfv olunmasını istəyir
Tarix: 01-04-2023 16:10 | Bölmə: Cəmiyyət
4,5 milyard dollar oğurlayan keçmiş baş nazir əfv olunmasını istəyir
Necip Rezak

Malayziyanın həbsdə olan keçmiş baş naziri Necip Rezakın barəsində hökmə yenidən baxılması tələbi rədd edilib.

Reyting.az
xatırladır ki, Dövlət İnvestisiya Fondundakı milyardlarla dollarlıq korrupsiya səbəbindən aşağı məhkəmə instansiyası N. Rezakı 12 il həbs cəzasına məhkum edib.

Keçmiş baş nazir keçən il bəraət almaq üçün Ali Məhkəməyə müraciət ünvanlasa da, onun tələbi rədd edilmişdi. Bu səbəbdən Rezak krallıq əfvinə müraciət ünlanlayıb. 69 yaşlı siyasətçinin krallıq əfvinə dair ərizəsi qəbul olunarsa, o, cəzasını başa vurmadan azadlığa çıxacaq.

Onu da xatırladırıq ki, Rezak 2009-cu ildə vəzifəyə gələndə Malayziyanın “Development Berhad” İctimai İnkişaf Fondundan 4,5 milyard dollar oğurlanıb və pulun bir hissəsi onun hesablarına köçürülüb.

2018-ci ildə seçkilərdə uduzduqdan sonra Rezak 3 iddia üzrə təqsirli bilinərək həbs edilib.

Y. QACAR
Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər