21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Sabiq rektor məhkəmədə ifadə verib
Tarix: 03-04-2023 11:33 | Bölmə: Cəmiyyət
Sabiq rektor məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesində universitetin keçmiş rektoru Nurlana Əliyeva dindirilib.

Reyting.az
xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən sabiq rektor barəsində səsləndirilən ittihamlarla razı olmadığını bildirib.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb.

D.Əliyevanın qanunsuz əməllər törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər