Güclü külək əsəcək - Xəbərdarlıq
Tarix: 12-04-2023 17:32 | Bölmə: Cəmiyyət
Güclü külək əsəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında aprelin 13-də axşam şimal-qərb küləyinin 15-20 m/s, 14-də gün ərzində isə cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Reyting.az
xəbər verir ki, Azərbaycanın rayonlarında aprelin 12-si axşam qərb rayonlarından başlayaraq 14-ü gündüzədək arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}