21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Təhlükəli heyvanların zərərsizləşdirilməsi qaydaları dəyişib
Tarix: 20-04-2023 10:15 | Bölmə: Cəmiyyət
Təhlükəli heyvanların zərərsizləşdirilməsi qaydaları dəyişib

Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş heyvanların, onlardan alınan məhsulların və xammalın təhlükəlilik dərəcəsindən asılı olaraq götürülməsi, məhv edilməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı qaydalarına dəyişiklik edilib.

Reyting.az
xəbər verir ki, baş nazir Əli Əsədovun qərarına əsasən, heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklər baş verdikdə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Baytarlıq haqqında” qanuna uyğun olaraq icrası məcburi olan qərarlar qəbul ediləcək və həmin qərarların icrası Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən təmin ediləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər