21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil və fərdi ev verilib
Tarix: 20-04-2023 11:17 | Bölmə: Cəmiyyət
Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil və fərdi ev verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron, Tərtər, Goranboy, Ucar və Zərdab rayonlarında daha 100 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə, həmçinin digər imtiyazlı şəxslərə (gözdən əlilliyi olan şəxslər, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər və b.) təqdim olunub.

Reyting.az
xəbər verir ki, bu məqsədlə Suraxanı rayonu, Hövsan qəsəbəsindəki MİDA-nın Hövsan Yaşayış Kompleksində evlərin təqdim olunması mərasimi keçirilib.

Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində ötən dövrdə 124 min şəxsə 281 min xidmət göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan bu sosial dəstək paketi çərçivəsində mənzil, fərdi evlə təminat proqramı da 5 dəfə genişlənib.

Bu gün təqdim mənzil və fərdi evlər də daxil olmaqla 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4 660, bu il üzrə 160, ümumilikdə ötən dövrdə isə 13 460 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığı uyğun olaraq 2023-cü ildə də ən azı 1500 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlarımıza veriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər