13:22 / 14-09-2025
Sabah yağış yağacaq
Bakıda daha iki yol nəqliyyat üçün bağlanacaq
Tarix: 20-04-2023 11:48 | Bölmə: Cəmiyyət
Bakıda daha iki yol nəqliyyat üçün bağlanacaq

Bakı şəhərində daha iki yol nəqliyyatın hərəkətinə bağlanacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Reyting.az-a bildirilib ki, bu gün gecə saat 23:00-dan etibarən Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsi və Adil İsgəndərov küçəsinin Niyazi küçəsi ilə kəsişməsi nəqliyyatın hərəkətinə bağlanacaq.

Buna səbəb “Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılması prosesinin davam etdirilməsidir.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.




Bölməyə aid digər xəbərlər
Dünən, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq
8-09-2025, 12:34 Sabah yağış yağacaq