Tibb işçisi ən azı 20 xəstəni öldürüb
Tarix: 05-05-2023 17:36 | Bölmə: Cəmiyyət
Tibb işçisi ən azı 20 xəstəni öldürüb

Bir müddət əvvəl Hollandiyanın Assen şəhərindəki Vilhelmina xəstəxanasında saxlanılan 30 yaşlı tibb işçisinin ifadəsi ölkədə şok effekti yaradıb.

Reyting.az
-ın məlumatına görə, bəzi xəstələrini öldürdüyünü etiraf edən Teodor deyib ki, 2020-ci ilin martından 2022-ci ilin mayına qədər ən azı 20 koronavirus xəstəsini öldürüb.

Hakim qarşısına çıxarılan Teodor “xəstələrin daha çox əziyyət çəkməsinə dözə bilmədim”,- deyərək xəstələri öldürmə səbəbini bununla əsaslandırıb.

Assendəki Vilhelmina xəstəxanasında ən azı 20 xəstəni öldürməkdə şübhəli olan tibb işçisi (feldşer) Veenhuizendəki evində nəzarətə alınıb. Bildirilir ki, Teodor etdiklərini həmkarına danışdıqdan sonra vəziyyətdən narahat olan həkimlər polisə məlumat veriblər.

Hadisə ilə bağlı istintaq davam edərkən, Teodorla bağlı qərarın iyun ayında veriləcəyi bildirilib.

Vəkil Sebas Diekstra həyatını itirənlərin yaxınlarına istintaqla bağlı 2 həftə əvvəl məlumat verildiyini deyib.

“Xəstə yaxınlarının çoxlu sualları var və yaxınlarının bu cür vəfat etdiyinə görə çox kədərlənirlər. Onlar da lazımi araşdırmanın aparılmasını istəyirlər”,- vəkil bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər