Rusiyalı yazıçı və siyasətçiyə sui-qəsd olub, ölən var
Tarix: 06-05-2023 14:06 | Bölmə: Cəmiyyət
Rusiyalı yazıçı və siyasətçiyə sui-qəsd olub, ölən var

Bu gün rusiyalı yazıçı və siyasətçi Zaxar Prilepinə qarşı sui-qəsd olub.

Reyting.az
Rusiya KİV-lərinə istinadla bildirir ki, Z. Prilepinə qarşı sui-qəsd Nijni Novqorodda baş verib.

İlkin məlumatlara görə, yazıçının olduğu “Audi Q7” markalı avtomobil Bor şəhərində hərəkətdə olan zaman partladılıb. Ukrayna vətəndaşı olan sürücü və cangüdən Aleksandr ölüb, Z. Prilepin isə ağır yaralanıb.

Prilepin Donetskdən gəlirmiş. Avtomobildə onun qızının da olduğu, partlayışdan az əvvəl avtomobildən düşdüyü bildirilir.

Prilepinin vəziyyətinin ağır olduğu, hazırda partlayışın baş verdiyi ərazidə olduğu, həkimlərin onun təxliyəsi üçün helikopter gözlədiyi qeyd olunub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}