Üç ölkəyə daşınan bir milyard dollar dəyərində mal Rusiya ərazisində oğurlanıb
Tarix: 11-05-2023 15:38 | Bölmə: Cəmiyyət
Üç ölkəyə daşınan bir milyard dollar dəyərində mal Rusiya ərazisində oğurlanıb

Avropa İttifaqından (Aİ) göndərilən bir milyard dollar dəyərindən artıq mal Rusiya ərazisi ilə daşınarkən “itib”.

Reyting.az
xəbər verir ki, sanksiya tətbiqi səbəbindən Avropa İttifaqından göndərilən həmin mallar Qazaxıstan, Qırğızıstan və Ermənistana daşınırmış.

“Başqa hara gedə bilərdi? Niyə belə bir vaxtda bu ölkələr birdən-birə bu mallara ehtiyac duyurlar? Bölgədə bu mallar ən çox kimə lazımdır? Aydındır ki, Rusiyaya”, - Estoniyanın sanksiyalar üzrə naziri Erki Kodara bildirib.

Ümumilikdə, Rusiyanın Ukraynaya genişmiqyaslı hücuma başlanmasından sonra Avropa İttifaqı ölkələrindən Rusiya Federasiyasından keçməklə başqa ölkələrə aparılmalı olan iki milyard dollar dəyərində “ikili təyinatlı” mallar gətirilib. Bəzi kateqoriyalı mallar arasında demək olar ki, tranzit son nöqtəyə çatmayıb.

ABŞ-da yerləşən Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun baş elmi işçisi Elina Rıbakova deyib ki, qlobal ticarət statistikasındakı bəzi uyğunsuzluqlar qeyri-adi deyil, lakin onlar tipik kiçik səhvlərdən kənara çıxır.

“Finans Times” nəşrinin yazdığına görə, kölgə idxalının real rəqəmi çox güman ki, daha yüksəkdir, çünki statistika yalnız hərbi məqsədlər üçün istifadə oluna bilən ikili təyinatlı malları əhatə edir.

“Finans Times” bildirir ki, Ukraynada müharibə başlayandan sonrakı il ərzində Aİ-nin bütün ticarəti birlikdə götürülsə, Aİ və Qazaxıstanın statistikası arasındakı fərq iki ölkə arasında 2,9 milyard dollarlıq ticarət dövriyyəsinin yoxa çıxması deməkdir. 2021-ci ildə ekvivalent rəqəm 450 milyon dollar olub.

Qazaxıstanı təyinat yeri kimi qeyd edən Aİ-dən nəzarət edilən malların ixracındakı artım, işğalın əvvəlində sanksiyaların tətbiqindən sonra Rusiya və Belarusa ixracın təxminən 40 faiz azalmasını kompensasiya etmək üçün kifayətdir.

Bunun əvəzində Çin öz mallarının Rusiyaya ixracını rekord həddə çatdırıb. Əksəriyyəti avtomobillər, elektronika və sənaye avadanlıqlarıdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər