Mətbuat Şurasında “TikTok”un rəsmisi ilə görüş keçirilib
Tarix: 12-05-2023 17:54 | Bölmə: Cəmiyyət
Mətbuat Şurasında “TikTok”un rəsmisi ilə görüş keçirilib

Azərbaycan Mətbuat Şurası “fake news”ların qarşısını almaq üçün “TikTok”la əməkdaşlıq etmək niyyətindədir.

Reyting.az
Şuraya istinadla xəbər verir ki, bununla bağlı qurumda sosial şəbəkənin Azərbaycan ilə əlaqələndiricisi Emin Axundovla görüş keçirilib və müzakirələr aparılıb.

Müzakirələr zamanı dezinformasiyaların və "fake news"ların qarşısının alınması istiqamətində "Tiktok"un tətbiq etdiyi əks tədbirlər nəzərdən keçirilib, həmçinin "Tiktok"da cəmiyyətimiz üçün faydalı kontentin yaradılması haqda fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər