Rusiyalı milyarder Britaniya hökumətini məhkəməyə verib
Tarix: 13-05-2023 17:32 | Bölmə: Cəmiyyət
Rusiyalı milyarder Britaniya hökumətini məhkəməyə verib

Rusiyalı milyarder Sergey Georgiyeviç Naumenkonun adı sanksiyalar siyahısında olmasada da, o, Böyük Britaniya hökumətini məhkəməyə verib.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, milyarderin məhkəməyə müraciət etməsinə səbəb 38 milyon funt sterlinq dəyərində superyaxtasının müsadirə olunmasıdır.

58,5 metrlik “Phi” superyaxtası müsadirə edilən Naumenko mayın 10-da Böyük Britaniyanın Nəqliyyat Nazirliyinə qarşı təzminat tələbi ilə iddia qaldırıb.

Xatırladaq ki, Böyük Britaniya hökuməti ötən il martın 28-də paytaxt Londondakı “Canary Vharf”da dayanan yaxtanı ələ keçirib. Bu, Rusiya prezidenti Vladimir Putinin keçən il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlamasından sonra Böyük Britaniya tərəfindən ələ keçirilən ilk rus yaxtasıdır.



Yaxta ələ keçirildikdən sonra o zamankı nəqliyyat naziri Qrant Şapps deyib:

“Biz Rusiyanın gücünü və sərvətini əks etdirən ikonanı Putin və onun ardıcılları üçün açıq-aşkar xəbərdarlığa çevirdik”.

Məhkəmə prosesinin ilkin iclasına sədrlik edən Ali Məhkəmənin hakimi Ser Martin Çemberlen bildirib ki, superyaxta Rusiyaya bağlı bir şəxsə məxsus olduğu üçün ələ keçirilib.

Çemberlen əlavə edib ki, superyaxta ilə bağlı işə iyul ayında baxılacaq.

Böyük Britaniyanın sanksiya siyahısında olmayan Naumenkonun nə qədər təzminat istədiyi açıqlanmır və Nəqliyyat Nazirliyi məsələyə şərh verməkdən imtina edir.

Onu da qeyd edək ki, “Gardian” qəzetinin yazdığına görə, rusiyalı milyarderlərə qarşı sanksiyalar çərçivəsində Avropadakı hökumətlər və ABŞ administrasiyası indiyədək ümumilikdə ən azı 4 milyard dollar dəyərində yaxta ələ keçirib.

Y. QACAR
Reyting.az





Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb