18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Astarada yağışlar fəsadlar törədib
Tarix: 15-05-2023 16:12 | Bölmə: Cəmiyyət
Astarada yağışlar fəsadlar törədib

Astara rayonunda yağan aramsız yağışlar bir sıra fəsadlar törədib.

Məlumata görə, leysan yağışları nəticəsində Səncərədi kəndi ərazisindəki körpü qəzalı vəziyyətə düşüb.

Pensərçayın daşması nəticəsində sel suları əkin sahələrinə dolub. Eləcə də meyvə bağlarına ciddi ziyan dəyib.

Bununla yanaşı kənd yolunun bir hissəsi sel suları səbəbindən dağılıb. Təxminən, 10 ev üçün təhlükə yaranıb.

Ümumilikdə, cənub bölgəsində yağan intensiv yağışlar çaylarda səviyyəni artırıb.

Rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}