Paşazadə komitə sədrini qəbul edib - Fotolar
Tarix: 16-05-2023 21:01 | Bölmə: Cəmiyyət
Paşazadə komitə sədrini qəbul edib

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan Parlamenti Senatının elm və sosial-mədəni inkişaf komitəsinin sədri Nurtore Baytelesoviç Jusipi qəbul edib.

Reyting.az
xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən keçirilən mərasimlərdə iştirak etmək üçün ölkəmizə təşrif gətirən N. Jusip Azərbaycana səfərindən məmnunluğunu bildirib, Şeyxülislama Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayevin məktubunu təqdim edib. Qazaxıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə daxil olduğunu qeyd edən komitə sədri, bu münasibətlər sistemində dini-mənəvi əlaqələrin xüsusi yer tutduğunu diqqətə çatdırıb. Xalqlarımız arasında tarixən formalaşmış din və dil birliyinin Türk Dövlətləri Təşkilatının dəstəyi, Türk dövlətləri Müsəlman Dini rəhbərlərinin səyləri ilə daha da möhkəmlənəcəyinə, bu müstəvidə keçirilən tədbirlərin xüsusi əhəmiyyətinə ümidvar olduğu vurğulanıb.

Qonaqları səmimi salamlayan Şeyxülislam Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi dönəmində Qazaxıstan nümayəndə heyətinin Azərbaycana təşrif gətirməsini yüksək dəyərləndirib. Şeyxülislam ölkələrimiz arasında milli-mədəni əlaqələrin möhkəmlənməsində dövlət rəhbərlərinin müstəsna xidmətlərini qeyd edib.

Görüşün sonunda Şeyxülislam Allahşükür Paşazadə Nurtore Jusipə ziyarəti üçün təşəkkürünü bildirib və Qazaxıstanın Baş müftisi Naurızbay Taqanulıya salam-dualarını çatdırıb.






ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}