18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Fətəli Xan Xoyskinin qohumunun meyiti aşkarlanıb
Tarix: 16-05-2023 23:46 | Bölmə: Cəmiyyət
Fətəli Xan Xoyskinin qohumunun meyiti aşkarlanıb

Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlunun nəvəsinin meyiti Gəncə şəhər, Əziz Əliyev küçəsi, bina 5-də olan mənzillərin birində aşkarlanıb.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, yaxınlıqda yaşayan vətəndaşların çağırışı ilə əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri həmin ünvana gəlib və bağlı qapını açaraq mənzilə daxil olublar.

Həmin ünvanda yaşamış, 1948-ci il təvəllüdlü Xan Xoyski Azad Cəfər oğlunun meyiti aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, A. Xan Xoyski Xalq Cümhuriyyəti dövründə Azərbaycanın dövlət idarələrində məsul vəzifələr tutmuş peşəkar hüquqşünas, AXC-nin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlu Əmiraslan Xan Xoyskinin nəvəsidir. O, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Həmçinin tarix elmləri doktoru, professor olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}