Şabranda quduzluğa görə kənd nəzarətə götürülüb - Yenilənib
Tarix: 17-05-2023 13:00 | Bölmə: Cəmiyyət
Şabranda quduzluğa görə kənd nəzarətə götürülüb

Dövlət qurumlarının nümayəndələri Şabranda 20 nəfərin quduzluq şübhəsi ilə nəzarətə götürüldüyü Qorğan kəndinə baxış keçiriblər.

Bunu Şabran Rayon İcra Hakimiyyəti başçısının Qorğan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Balabəyov bildirib.

Onun sözlərinə görə, 25 gün əvvəl yırtıcı heyvanlar kənd sakini Ənvər Piriyevə məxsus təsərrüfatlardan birində xırda buynuzlu heyvanlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunları kəsərək ətini fermadakı itlərinə verib(Report).

Daha sonra digər qoyunların da xəstələndiyini görən Ə.Piriyev onları kəsib, ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib.

Bir neçə gün keçdikdən sonra daha 10 qoyunun tələf olduğunu görən təsərrüfat sahibi dövlət qurumlarına müraciət edib.

Ə.Piriyev və 20-yə yaxın ailə üzvü quduzluq əleyhinə iynə vurularaq nəzarətə götürülüblər.

İcra nümayəndəsinin sözlərinə görə, ölmüş qoyunlardan götürülən analizlər heyvanların quduzluq xəstəliyinə yoluxduğunu təsdiqləyib.

Ə.Piriyevin təsərrüfatındakı digər qoyunlar kəsilib yandırılaraq basdırılıb.

***

"Şabranda quduzluq şübhəsinə görə 9 nəfərə vaksin vurulub".

Reyting.az
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, mayın 16-da Şabran rayonunun Qorğan kəndinin 4-ü uşaq olmaqla 9 nəfər sakini quduzluq xəstəliyi ehtimalı ilə TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib:

"Onların hər birinə quduzluq əleyhinə vaksin vurulub və evə buraxılıblar".

Qeyd edək ki, 25 gün əvvəl yırtıcı heyvanlar kənd sakini Ənvər Piriyevə məxsus təsərrüfatlardan birində xırda buynuzlu heyvanlara hücum edib. Təsərrüfat sahibi yaralı qoyunları kəsərək ətini fermadakı itlərinə verib. Daha sonra digər qoyunların da xəstələndiyini görən Ə.Piriyev onları kəsib, ailə üzvlərinin iştirakı ilə qonaqlıq təşkil edib. Bir neçə gün keçdikdən sonra daha 10 qoyunun tələf olduğunu görən təsərrüfat sahibi dövlət qurumlarına müraciət edib. Ə.Piriyev və 20-yə yaxın ailə üzvü quduzluq əleyhinə iynə vurularaq nəzarətə götürülüblər.

Ə.Piriyevin təsərrüfatındakı digər qoyunlar kəsilib yandırılaraq basdırılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər