Paşinyanın oğlunu qaçırmaq istəyən şəxs xəstəxanalıq olub
Tarix: 18-05-2023 08:03 | Bölmə: Cəmiyyət
Paşinyanın oğlunu qaçırmaq istəyən şəxs xəstəxanalıq olub

Ermənistan baş nazirinin oğlunun oğurlanmasında şübhəli bilinən qadının halı qəfil pisləşib.

Reyting.az
xəbər verir ki, hadisə barədə Rusiya media resursları məlumat yayıb.

Məlumatda deylir ki, Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşotu oğurlamaqda şübhəli sayılan Qayana Akopyan hospitala yerləşdirilib.

Akopyanın vəkili Ruben Melikyanın sözlərinə görə, sorğu-sual zamanı müştərisinin halı qəfil pisləşib və onu təcili tibbi yardım maşınında “Erebuni” tibb mərkəzinə çatdırıblar. O, ehtimal edir ki, əgər səhhəti imkan verərsə, şübhəlini xəstəxanadan təcridxanaya köçürəcəklər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər