Direktor: "Rza Rzayevin qızımı və anamı təhqir etməyini bağışlamadım"
Tarix: 19-05-2023 09:50 | Bölmə: Cəmiyyət
Direktor: "Rza Rzayevin qızımı və anamı təhqir etməyini bağışlamadım"

Xəbər verdiyimiz kimi, tanınmış aktyor və rejissor Rza Rzayev həbs olunub.

Reyting.az
-ın məlumatına görə, o, 175 saylı məktəbin direktoru Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib.

Bakı Apellyasiya Məhkəməsi ötən gün aktyoru Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Məsələ ilə bağlı hazırda Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru olan Tural Mirzəliyev "Facebook"da paylaşım edib:

“Rza Rzayev məni söyüb, təhqir edib, vurub. Bütün bunları bağışlamaq olardı. Qızımı və anamı təhqir etməyini bağışlamadım. Bu gün Bakı Apellyasiya Məhkəməsi Rza Rzayev barədə iki il həbs, bacısı oğlu barədə şərti iş qərarı çıxardı. Mən dəfələrlə qohumları, dostları vasitəsilə ona xəbər göndərmişəm ki, buyur, danışaq, bu iftiralar nə üçündür? O isə bu təşəbbüsləri qorxaqlıq kimi qiymətləndirib, bu barədə dostlarına müsahibələr də verib.

Heç kimin həbs olunması məni sevindirmir. Amma adam özü israrla bunu istəyirsə, heç nə edə bilməzsən.

O ki qaldı vətənpərvərliyinə, türksevərliyinə… Vətənpərvər adam Ermənistan vətəndaşlığını qəbul etmək istəyi ilə məhkəməni şantaj etməz. Nə biləsən, bəlkə, həqiqətən, istəyir”.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}