Təyyarələr ekoloji çirklənmə göstəricilərini sürətlə artırır
Tarix: 22-05-2023 09:54 | Bölmə: Cəmiyyət
Təyyarələr ekoloji çirklənmə göstəricilərini sürətlə artırır

“BMT-nin məlumatına görə, 2012-ci ildə dünyada hava nəqliyyatı ilə 3 milyarda yaxın sərnişin daşınıb. 10 il sonra bu göstərici 4 milyard nəfərə qədər artıb. Amma heç fikirləşmirlər ki, eyni zamanda səmada nə qədər təyyarə olub. Bu, rekord həddədir: 19 min ədədi aşır. Gün ərzində isə dünyada 200 mindən çox aviareys həyata keçirilir".

Bunu Reyting.az-a ekspert İlham Şaban deyib.

İ. Şaban bildirib ki, bu göstəricilərə hərbi təyyarələr daxil deyil, hansı ki, sərnişin təyyarələrindən qat-qat çox yanacaq sərf edirlər:

"Bir sərnişin təyyarəsi 1000 km məsafəni qət edərkən təqribən orta hesabla 17-22 min litr aviakerosin işlədir. Hesablamalara görə, Paris-Nyu York reysində təyyarənin 5 saat ərzində işlətdiyi yanacaq həcmi 85-90 min litr ilə sedan tipli avtomobil şəhəriçi 1 milyon kilometrdən çox məsafə qət edə bilər.

Qısası, atmosferin çirkləndirilməsində aviasiyanın kifayət qədər artan ağır yükü var".

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər