Həbsdəki sabiq icra başçısının səhhəti yenidən pisləşib
Tarix: 22-05-2023 10:50 | Bölmə: Cəmiyyət
Həbsdəki sabiq icra başçısının səhhəti yenidən pisləşib

Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti yenidən pisləşib.

Q. Səmədov bu günlərdə cəzaçəkmə müəssisəsindən Pentensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb.

Məlumatı Qoca Səmədovun vəkili Elnur Vəliyev APA-ya təsdiq edib: “Üç gündür təzyiqi 40/60 aralığında dəyişir. Hazırda müalicənin xəstəxanada davam etdirilməsi üçün çalışırıq”.

Qeyd edək ki, Q. Səmədov ürəyində yaranan problemdən əziyyət çəkir. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub.

Xatırladaq ki, Q. Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər