İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tarix: 24-05-2023 11:59 | Bölmə: Cəmiyyət
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

May ayının 22-də saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Reyting.az
Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 470 qram narkotik vasitə (9 kq 955 qram marixuana, 515 qram heroin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər