07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Güclü külək və qasırğa Göyçayda bir nəfərin ölümünə səbəb olub - (Yenilənib) - Fotolar
Tarix: 31-05-2023 20:09 | Bölmə: Cəmiyyət
Güclü külək və qasırğa Göyçayda bir nəfərin ölümünə səbəb olub - (Yenilənib)

Göyçay rayonunda güclü külək və yağışla müşayiət olunan qasırğa yaşayış binalarının, fərdi yaşayış evlərinin dam örtüyünü uçurub, ağacları aşırıb, elektrik naqillərini qırıb.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, rayon ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb.

Eyni zamanda güclü leysan şəhərin mərkəzi küçələrinə yağış sularının toplanmasına səbəb olub, avtomobillərin və piyadaların hərəkəti çətinləşib, bir neçə evin zirzəmisini və həyətyanı sahəni su basıb.

Bundan başqa, Göyçay rayonunun Mırtı kəndində güclü külək ağacı yerli sakin Aygül Əliyevanın üzərinə aşırıb. Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

APA-nın ilkin məlumatında isə bildirilir ki, rayonun Mırtı, Qarabaqqal kəndlərində külək nəticəsində yaralananlar olub, iki nəfər isə bədbəxt hadisə nəticəsində həyatını itirib. Həyatını itirən şəxslərdən biri maşında olan zaman üzərinə ağac aşıb, digəri isə uçmuş evin altında qalıb.

***

Leysan yağış Göyçayda bir sıra fəsadlara yol açıb.


APA-nin Şirvan bürosu xəbər verir ki, qasırğa rayon mərkəzində yaşayış binasının və bir neçə fərdi evin, yardımçı tikilinin dam örtüyünü qoparıb.

Ağaclar aşıb, elektrik naqilləri qırılıb.

Rayonda əhaliyə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Sel Göyçay şəhərinin mərkəzi küçələrinə avtomobillərin və piyadaların hərəkətini çətinləşdirib.

Bir neçə evin zirzəmisini və həyətyanı sahəsini su basıb.

Xatırladaq ki, güclü külək nəticəsində iki nəfər xəsarət alıb, bir nəfər isə maşında ürəktutmasından dünyasını dəyişib.



Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}