16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub - Fotolar
Tarix: 01-06-2023 09:26 | Bölmə: Cəmiyyət
Narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Reyting.az-a DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildiriblər.

Məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti ad altında keçirilən kompleks əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Qaraqaşlı kənd sakini, əvvəllər məhkum olunmuş Şahin Baxışov saxlanılıb.

Ş. Baxışovun kənd ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş hündürlüyü 34-110 sm arası olan və yaş çəkisi 13 kiloqram 400 qram təşkil edən 152 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Ş. Baxışov narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}