İraqda məhbus həyatı yaşamış üç qadın Azərbaycana gətirilib
Tarix: 01-06-2023 18:01 | Bölmə: Cəmiyyət
İraqda məhbus həyatı yaşamış üç qadın Azərbaycana gətirilib

Azərbaycan Respublikasının hökuməti tərəfindən aparılmış müvafiq əlaqələndirmə işi, habelə ölkəmizin aidiyyəti dövlət qurumlarının mərhələli və koordinasiyalı tədbirləri nəticəsində, İraq Respublikasında məhbus həyatı yaşamış və hazırda cəza müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşı olan üç qadın ölkəmizə gətirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumata görə, növbəti mərhələdə daha 2 nəfər cəza müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının ölkəmizə gətirilməsi nəzərdə tutulur.

Hazırda, İraq Respublikasında həbsdə saxlanılan Azərbaycan Respublikasının qadın vətəndaşlarının mərhələli şəkildə ölkəmizə gətirilməsi istiqamətində müvafiq işlər davam etdirilir. Bununla əlaqədar olaraq, İraq Respublikasının aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər ünvanlanıb.

Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində indiyə qədər sözügedən qadın vətəndaşlarımızın 288 nəfər övladı Azərbaycana artıq geri gətirilib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}