Almaniyada qanunsuz yaşayan daha 25 azərbaycanlı geri qəbul edilib
Tarix: 02-06-2023 10:04 | Bölmə: Cəmiyyət
Almaniyada qanunsuz yaşayan daha 25 azərbaycanlı geri qəbul edilib

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 31 may tarixində 25 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.

Reyting.az
Dövlət Miqrasiya Xidmətinə istinadla xəbər verir ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər