07:33 / 20-06-2025
Əgər Tramp qərar versə...
Məhərrəm ayı nə vaxt başlayır?
Tarix: 02-06-2023 15:09 | Bölmə: Cəmiyyət
Məhərrəm ayı nə vaxt başlayır?

Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı bu il iyulun 19-da başlayacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər.

Miladi təqvimlə iyulun 19-u Məhərrəm ayının ilk günüdür. İyulun 28-i isə Aşura günü olacaq.

Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayıb və sentyabrın 16-da bitəcək.

Xatırladaq ki, Məhərrəm ayında əzadarlıq mərasimləri İslam Peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi İmam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid olublar.

Onu da qeyd edək ki, Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:54 Sabah yağış yağacaq
16-06-2025, 13:06 Sabah yağış yağacaq
16-06-2025, 10:12 İsmayıllıda hotel yanıb
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb