18:40 / 14-09-2025
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
17:39 / 14-09-2025
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
17:31 / 14-09-2025
Prezident Şuşakənddə görülən işlərlə tanış olub - Fotolar
15:37 / 14-09-2025
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14:57 / 14-09-2025
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
13:50 / 14-09-2025
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
13:22 / 14-09-2025
Sabah yağış yağacaq
13:17 / 14-09-2025
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
11:49 / 14-09-2025
Qar və leysan yağır, çaylardan sel keçir
10:29 / 14-09-2025
Dünya çempionatı Bakıda keçiriləcək
10:10 / 14-09-2025
Bayramov Fövqəladə Ərəb-İslam Sammitində iştirak edəcək
10:05 / 14-09-2025
İki qəzada üç nəfər həyatını itirib
20:48 / 13-09-2025
Deputat 120 şagirdə məktəb ləvazimatları verib - Fotolar
18:41 / 13-09-2025
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
16:41 / 13-09-2025
İqtisadi Şuranın iclası keçirilib - Fotolar
15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
06:10 / 11-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

21:32 / 10-09-2025

20:48 / 13-09-2025

14:28 / 10-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

17:29 / 10-09-2025

10:50 / 12-09-2025

23:44 / 12-09-2025

Dyatlov aşırımının sirrini açırlar - Yadplanetlilərlə yanaşı qar uçqunu da araşdırılır
Tarix: 05-06-2023 08:25 | Bölmə: Cəmiyyət

Rusiya ərazisində yerləşən Ural dağları 1959-cu ilin qışında dəhşətli hadisənin şahidi olub. Yanvarın 23-də Yekaterinburqdakı Ural Politexnik İnstitutunun 10 nəfərdən ibarət qrupu xizək və alpinizm ekspedisiyasına gedib. Qrupun 9 üzvü universitet tələbəsi, biri isə İkinci Dünya Müharibəsində döyüşmüş idman müəllimi olub.
23 yaşlı mühəndislik tələbəsi İqor Dyatlovun rəhbərlik etdiyi konvoy ümumilikdə 320 kilometr məsafə qət etməli və səyahət fevralın 12-də başa çatmalı idi. Tələbələrdən biri tezliklə oynaq ağrıları ilə qayıtsa da, digərləri yoluna davam edib. Amma bir daha evə qayıda bilməyəcəklərindən xəbərsiz olublar.
Reyting.az xəbər verir ki, bu gün Dyatlov aşırımı hadisəsi kimi tanınan bu məsələ ilə bağlı 60 il ərzində müxtəlif nəzəriyyə və iddialar irəli sürülüb. Yeddisi kişi, ikisi qadın olan doqquz alpinistin ölümünü sovetlərin hərbi təcrübələri, hətta yadplanetlilərin müdaxiləsi ilə izah edənlər də olub.
Amma tapılan və şəxsi gündəliklərində yazılan kameralardakı kadrlara görə, alpinistlər fevralın 1-i gününü salamat başa vurublar və Soxlın qarlı yamaclarında böyük çadır qurublar. Söhbət “ölü dağ” və ya bölgədə yaşayan Mansilərin dilində “səssiz zirvə”dən gedir.

Düşərgəçilərin təyin olunan tarixdə təyinat yerinə çatmaması onların ailələrində və dostları arasında narahatlıqla qarılanıb. Daha sonra alpinistləri axtarmaq üçün komanda göndəriblər. Komanda fevralın 26-da düşərgənin qurulduğu yerə çatdıqda çadırın tamamilə quruda su altında qaldığını görüblər. Üstəlik, çadır içəridən kəsilmiş kimi görünürmüş. Ertəsi gün tələbələrdən bəzilərinin meyiti sidr ağacının yanında tapılıb.
Sonrakı aylarda - qar əridikcə həqiqət tədricən üzə çıxmağa başlayıb. Ekipaj üzvlərinin cəsədləri yamacın hər yerinə səpələnmiş halda aşkarlanıb. Hətta bəziləri paltarsız, bəziləri isə kəllə və qabırğaları sındırılmış vəziyyətdə tapılıb. Onlardan bəzilərinin gözləri yerində olsa da, birinin dili olmayıb.
Həmin illərdə aparılan araşdırmada alpinistlərin ölüm səbəbinin “naməlum təbii qüvvə” olduğu qənaətinə gəlinib və iş bağlanıb. Bu dəhşətli hadisə ilə bağlı təfərrüatların azlığı bir çox iddiaların ortaya çıxmasına səbəb olub. Bəziləri düşərgəçilərin “böyük ayaq” kimi tanınan Yeti tərəfindən hücuma məruz qaldığını, bəziləri isə düşərgəçiləri məhv edənin məhz Sovet ordusunun keçirdiyi gizli sınaqlar olduğunu iddia edib.
Hadisənin üstündən 60 il keçsə də, Dyatlov aşırımına maraq heç vaxt azalmayıb. Nəhayət, 2019-cu ildə Rusiya hakimiyyəti dünyaya yeni bir araşdırma aparıldığını və 9 nəfərin ölümünə qar uçqununun səbəb olduğunu elan edib. Bununla belə, dərc edilmiş hesabatda mühüm elmi məlumatlar olmayıb. Məsələn, bu necə uçqundur ki, bu barədə başqa qeydlər yoxdur,- sualına cavab verilmir. Buna görə də izahat inandırıcı hesab edilməyib.
İlk dəfə 1959-cu ildə təqdim edilən uçqun nəzəriyyəsinin bəzi əsassız tərəfləri var idi. Məsələn, alpinistlərin çadırının qarda ilişdiyi yerdəki yamac çox yüngül olub. Üstəlik, fevralın 1-nə keçən gecə qar yağmamışdı. Yəni yamacda çəki artıracaq və uçqunu tətikləyəcək heç nə yox idi. Üstəlik, qar uçqunu nəticəsində həyatını itirənlərin ölüm səbəbi adətən boğulmalardır. Lakin sovet alpinistlərinin cəsədlərində küt cisimlə vurulmuş kimi yaralar və yumşaq toxuma zədələri tapılıb. Üstəlik, yarılma nəticəsində əldə edilən məlumatlar alpinistlərin düşərgə qurması ilə ölümləri arasında ən azı 9 saat olduğunu göstərib. Bu, çadır qurmaq üçün qarın qazılmasının uçqunlara səbəb olma ehtimalını istisna edirdi.
İsveçrənin federal texnologiya institutlarından biri olan ETH Zurixin geotexnik-mühəndisi Alexander Puzrin də bu 9 saatlıq fərqi diqqətəlayiq hesab edənlər arasındadır.
Puzrin bu yaxınlarda zəlzələlərin törətdiyi uçqunlar haqqında məqalə dərc edib. Yazır ki, iki hadisə arasında bir neçə dəqiqə, bəzən saatlar ola bilər.
Puzrin Rusiyada böyüsə də, Dyatlov aşırımı hadisəsini yalnız 10 il əvvəl eşidib və səbəblərin nə ola biləcəyi ilə çox maraqlanıb.
Johan Gaume Lozannadakı başqa bir federal texnologiya institutu olan EPFL-də Qar Uçqunu Simulyasiya Laboratoriyasının direktoru olub. İki alim Rusiyanın hadisə ilə bağlı araşdırma hesabatının dərc edildiyi vaxtda görüşüb. İki mütəxəssis hazırladıqları analitik modellər və kompüter simulyasiyaları ilə alpinistlərin öldüyü o saatlarda baş verənləri təkrarlamaq üçün qollarını çırmalayıblar. Bu tədqiqatın həm də Puzrin üçün şəxsi əhəmiyyəti var idi. “Rus həyat yoldaşıma Dyatlov sirri üzərində işlədiyimizi deyəndə ilk dəfə gördüm ki, o, həqiqətən mənə hörmətlə baxır”, - Puzrin deyib.
İki alim, yamacın uçqunu tətikləyəcək qədər dik olmadığı arqumentini sınaqdan keçirib. Nəticədə, yamacın o qədər də hamar olmadığı üzə çıxıb. Reallıqda isə yamacın bucağı 30 dərəcəyə çox yaxın olub ki, bu da bir çox uçqunlar üçün minimum hədd hesab edilir. Üstəlik, düşərgədə aparılan araşdırmalar nəticəsində dağda səliqəsiz qar qatının olduğu müəyyənləşib. Bu, torpağı zəiflədərək sürüşkən edib və üst qatdakı qarın asanlıqla sürüşməsinə zəmin yaradıb.
Təbii ki, qar kütləsi məsələsi də var idi. Düşərgə qurmaq üçün yer qazan alpinistlər yamacın tarazlığını pozsa da, uçqun üçün əlavə qar yağması da lazım idi. Mütəxəssislərin ehtimallarına görə, küləyin saatda 40 kilometr sürətlə əsdiyi bir şəraitdə çadırın üzərinə 150 santimetr qar yığılmalı idi.
Dyatalov qrupunun üzvləri də gündəliklərində güclü küləyin olduğunu yazıblar. Bunlar, ehtimal ki, yüksəkliklərdən düşərgəyə böyük miqdarda qar aparan dondurucu katabatik küləklər idi. Bu güclü küləklər onsuz da təhlükəli olan yamacı daha da təhlükəli etmiş və düşərgənin qurulmasından uçqunun düşməsi arasındakı 9 saatı izah edən amil olmuşdur.
Tədqiqatçıların kompüter simulyasiyaları nəticəsində məlum olub ki, uçqun çox böyük ola bilməzdi. Ehtimal ki, 4,5-5 metr uzunluğunda buz parçası düşüb. Düşən fraqmentin bu qədər kiçik olması ilkin araşdırma zamanı nə üçün uçqun izinə rast gəlinmədiyini izah edir. Buz kütləsi ilə birlikdə yuvarlanan düşərgənin qısa zamanda təzə qarla örtülməsi mümkündür.

Amma bu məqamda ağıla başqa bir sual gəlir: bu qədər kiçik uçqun necə travmatik zədələrə səbəb olub?
Alimlər bu sualın cavabını axtararkən bəzi qeyri-adi mənbələrdən yararlanıblar. 2013-cü ildə ekranlara çıxan “Dondurulmuş” cizgi filmindəki qar hərəkətinin reallığı onları heyran edib. Hollivuda gedən və film üzərində işləyən animatorlarla görüşən Gaume Frozenin animasiya kodunu özünün uçqun simulyasiya modellərinə uyğunlaşdırıb. Bu yolla o, uçqunun insan orqanizminə təsirini yenidən yaratmağa ümid edirdi. Qaume və Puzrin də insan bədəninin uçqun zamanı məruz qalacağı qüvvə və təzyiqlərin real dəyərlərinə ehtiyac duyurdu. Bu dəfə onlar avtomobil sənayesində axtardıqları məlumatları tapıblar.
“Biz aşkar etdik ki, 70-ci illərdə “General Motors” 70 cəsəd götürüb və onların qabırğalarını müxtəlif ağırlıq və sürətlə zərbələrlə sındırıb", - Puzrin deyib.
Şirkətin məqsədi qəza zamanı nə baş verdiyini anlamağa çalışmaq olub. Buradan əldə edilən məlumatlar əsasında gələcəkdə təhlükəsizlik kəmərlərindən təhlükəsizliyi tənzimləmək üçün istifadə edilib.
“General Motors”un sınaqlarında istifadə edilən bəzi kadavralar sərt dayaqlarla qorunurdu. Bu dayaqları olan və olmayan kadavralar arasındakı fərqlər də Puzrin və Qaumenin tədqiqatlarının taleyini müəyyən edib. Çünki Dyatlov komandası çarpayılarını çadırda xizəklərinin üzərinə qoymuşdu. Bu o demək idi ki, onlar yatarkən uçqun sərt səthə çırpılıb. Başqa sözlə, “General Motors”un 70-ci illərdə apardığı kadavra təcrübələrindən əldə edilən məlumatlar tam olaraq təsir modellərinə uyğunlaşdırıla bilərdi. Tədqiqatçıların kompüter modelləri o demək idi ki, 4,8 metr uzunluğundakı qar dənəciyinin düşməsi sərt döşəkdə yatan insanların kəllə və qabırğalarını sındıra bilər. “Bu zərbələr ağır xəsarətlərə səbəb olsa da, ən azı ilk növbədə ölümcül olmayıb”, - Puzrin bildirib.
2021-ci ildə aparılan araşdırmadan sonra Xolat Syaxla aparılmış üç ekspedisiya ərazinin uçqunlara meylli olduğunu və Dyatlov düşərgəsinin yuxarısındakı yamacların uçqun yarada biləcək qədər dik olduğunu təsdiqləyib. Əslində, 2022-ci ilin yanvarında ekspedisiya zamanı 1959-cu il fevralın 1-nə keçən gecəyə oxşar şəraitdə iki qar uçqunu müşahidə edilib. Eyni komandanın 2023-cü ilin iyulunda bölgəyə daha bir ekspedisiya etməsi planlaşdırılır.
ELÇİN
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:22
Sabah yağış yağacaq
Dünən, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
12-09-2025, 18:29
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
12-09-2025, 17:23
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
12-09-2025, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
12-09-2025, 14:35
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
12-09-2025, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
12-09-2025, 12:53
Sabah yağış yağacaq
12-09-2025, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
12-09-2025, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
12-09-2025, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
12-09-2025, 00:55
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var