20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Baş nazir həyat yoldaşından ayrılıb - Foto
Tarix: 20-10-2023 15:54 | Bölmə: Dünya
Baş nazir həyat yoldaşından ayrılıb

İtaliyanın baş naziri Georgia Meloni bir sıra “nalayiq ifadələr” səsləndirdiyi qalmaqallı televiziya çıxışından sonra ərindən ayrılıb.

Reyting.az
xəbər verir ki, baş nazir boşandığını özünün “Twitter” səhifəsində elan edib.

“Bu, Andrea Giambruno ilə demək olar, on il davam edən münasibətimə son qoyur. Ona birlikdə keçirdiyimiz gözəl illərə, keçdiyimiz çətinliklərə və mənə həyatımdakı ən vacib şeyi - qızımız Ginevranı verdiyinə görə təşəkkür edirəm”, - Meloni yazıb.

O qeyd edib ki, onların yolları bir müddət əvvəl ayrılıb və “bunu etiraf etmək vaxtıdır”.

Baş nazir həmçinin pis niyyətli şəxslərə “hücum edərək onu zəiflətməyə” cəhd etməmələri barədə xəbərdarlıq edib.



“Politico”nun məlumatına görə, Maloninin ayrıldığı Andrea Giambruno italyan jurnalistdir. Bu yaxınlarda o, televiziya verilişlərinin birində davranışına görə qalmaqala düşüb. Xüsusilə, o, zarafatla “mülkünə toxuna bilərəmmi” sualı verib və başqa bir iştirakçını üçlük münasibətdə iştirak etməyə dəvət edib. Bundan əlavə, Giambrunonun digər mübahisəli açıqlamaları Melonini bir sıra siyasi biabırçılıqlarla üzləşdirib. Məsələn, o, gənc qadınların sərxoş olmasalar, zorlamadan qaça biləcəklərini söyləyib.

Avqust ayında Meloni Plasebo rok qrupunun lideri Brayan Molkonu məhkəməyə verib. İyul ayında musiqiçi birbaşa səhnədən Melonini “faşist və irqçi” hesab etdiyini söyləyib. O, bütün bunları italyanca deyib, sonra əli ilə nalayiq jest edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər