Donald Trampa sui-qəsdin fəsadları...
Tarix: 10-07-2025 08:30 | Bölmə: Dünya
Donald Trampa sui-qəsdin fəsadları...

Bir il bundan əvvəl seçki kampaniyası zamanı Donald Trampa sui-qəsd cəhdində yol verdikləri səhvə görə gizli xidmətin altı agentinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, 2024-cü ilin iyulunda Donald Trampa sui-qəsd cəhdi zamanı törədilən qanun pozuntularına görə Məxfi Xidmətin altı agentinin fəaliyyəti dayandırılıb.

ABC telekanalı bildirir ki, 10 gündən 42 günə qədər davam edəcək intizam tədbirləri müxtəlif səviyyələrdə işçilərə şamil edilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb