Çin İsraili hərbi əməliyyatları dayandırmağa çağırır
Tarix: 28-08-2025 17:29 | Bölmə: Dünya
Çin İsraili hərbi əməliyyatları dayandırmağa çağırır

“Çin İsraili Qəzzada hərbi əməliyyatlarını dərhal dayandırmağa çağırır”.

Reyting.az
“Sinxua” agentliyinə istinadla xəbər verir ki, bunu Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Qen Şuan BMT Təhlükəsizlik Şurasının iclasında deyib.

Onun sözlərinə görə, Qəzzada təxminən 700 gündür davam edən münaqişə anklavı əsl cəhənnəmə çevirib. Onun iki milyon sakini genişmiqyaslı texnogen fəlakətin içində qalıb və bir milyondan çox insan kəskin ərzaq çatışmazlığı ilə üzləşib.

Qen Şuan bildirib ki, beynəlxalq ictimaiyyət vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün hər cür səy göstərməlidir.

"Zorakılıq təhlükəsizliyi, güc sülhü təmin edə bilməz",- deyən Çin diplomatı İsrailin davam edən və intensivləşən hərbi əməliyyatlarının hər gün çoxlu günahsız insanın ölümünə səbəb olduğunu bildirib: “Biz İsraili beynəlxalq ictimaiyyətin təcili çağırışlarına qulaq asmağa, Qəzzada hərbi əməliyyatlarını və gərginliyin artmasına səbəb olan təhlükəli addımlarını dərhal dayandırmağa çağırırıq”.

ELÇİN




Bölməyə aid digər xəbərlər