Hökumətlə meriya arasında qarşıdurma yaranıb
Tarix: 27-08-2025 14:43 | Bölmə: Dünya
Hökumətlə meriya arasında qarşıdurma yaranıb

Macarıstanın baş naziri Viktor Orbanın “Fides” partiyasının nümayəndələri Ukraynanın Müstəqillik Günündə Ukrayna bayrağının rənglərində Zəncirli körpünün işıqlandırılmasına görə Budapeşt meriyasına hücum ediblər.

Reyting.az
xəbər verir ki, hakim partiya fraksiyasının nümayəndəsi Bela Radiç Budapeştin meri Qergeli Karaçsoninin bu qərarından qəzəblənib.

“Şəhərin meri dövlət tərəfindən təhdid və şantaja məruz qalanda öz xalqı nə edir? Qergeli Karaçsoninin fikrincə, cavab gözəl ölkəmizin ən simvolik körpülərindən və simvollarından biri olan Zəncirli körpünü təhdid edən ölkənin rənglərinə boyamaqdır”, - Radiç deyib.

O, həmçinin bildirib ki, Zəncirvari körpü mavi və sarı deyil, qırmızı, ağ və yaşıl olmalıdır.

“Ürəyimiz qırmızı, ağ və yaşıldır, biz bütün macarlar üçün çalışırıq”,- deyə Radiç əlavə edib.

Radiç xatırladıb ki, macarlar Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş üzvlüyünü dəstəkləməmək qərarına gəliblər.

Hakim partiyanın nümayəndəsi qeyd edib ki, Budapeşt merinin əsas vəzifəsi düzgün şəhər idarəçiliyini təmin etmək, ukraynalıları deyil, macarları qorumaqdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər