Ukrayna kəşfiyyatı rusların “Kalibr” gəmisini vurub
Tarix: 28-08-2025 13:29 | Bölmə: Dünya
Ukrayna kəşfiyyatı rusların “Kalibr” gəmisini vurub

Rusiyanın “21631 Buyan-M” layihəsinin kiçik raket gəmisi Azov dənizində - Krım yaxınlığında vurulub.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) məlumat yayıb.

“2025-ci il avqustun 28-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Fəal Əməliyyatlar İdarəsi və Baş Kəşfiyyat İdarəsinin “Kabuslar” xüsusi bölməsinin birgə əməliyyatı nəticəsində Azov dənizində müvəqqəti işğal olunmuş Krım yaxınlığında, Rusiyanın “Kalibr” qanadlı raket daşıyıcısı vurulub”, - məlumatda deyilir.

Qeyd olunur ki, “Kabuslar” xüsusi bölməsinin pilotsuz uçan aparatları zərbəsi ilə gəminin radarını zədələyib, daha sonra GUR-un Fəal Əməliyyatlar İdarəsinin xüsusi təyinatlı qüvvələri gəmiyə hücum edib.

“Zərbələr nəticəsində Temryuk körfəzində “Kalibr”lərin potensial buraxılış zonasında olan Rusiya raket gəmisi zədələnib və döyüş növbətçiliyini tərk etməyə məcbur olub”, - Baş Kəşfiyyat İdarəsi bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər