Kiyevə təhlükəsizlik zəmanətini müzakirə edəcəklər
Tarix: 21-08-2025 07:52 | Bölmə: Dünya
Kiyevə təhlükəsizlik zəmanətini müzakirə edəcəklər

ABŞ Dövlət katibi Marko Rubio avqustun 21-də Avropa ölkələrindən və Ukraynadan olan milli təhlükəsizlik məsləhətçiləri ilə görüşəcək. Görüşdə məqsəd Kiyevə təhlükəsizlik zəmanətlərinin verilməsi müzakirə etməkdir.

Reyting.az
-ın məlumatına görə, bu barədə "New York Times" (NYT) qəzeti yazıb.

Bildirilir ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsləhətçisi vəzifəsini müvəqqəti icra edən Rubio həmkarları ilə "həssas diplomatik danışıqlar" aparacaq. Bu danışıqlarda Ukraynaya təhlükəsizlik zəmanətlərinin necə verilə biləcəyini müəyyən etməyə çalışacaqlar.

Vaşinqtonun bu cür təminatlarına Avropa əməliyyatları üçün hava dəstəyi və ya kəşfiyyat yardımı vədi də daxil ola bilər. Bundan əlavə, Amerika qüvvələri Ukraynadakı missiyaları dəstəkləmək üçün Qara dənizə yerləşdirilə bilər.




Bölməyə aid digər xəbərlər