ABŞ-ın üç hərbi gəmisi Venesuela sahillərinə tərəf gedir
Tarix: 22-08-2025 07:45 | Bölmə: Dünya
ABŞ-ın üç hərbi gəmisi Venesuela sahillərinə tərəf gedir

ABŞ prezidenti Donald Tramp administrasiyası narkotik ticarəti və cinayətkar kartellərlə mübarizə üçün Venesuela sahillərinə üç hərbi gəmi göndərib.

Reyting.az
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı özəl mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, “USS San Antonio”, “USS Iwo Jima” və “USS Fort Lauderdale” hərbi gəmiləri artıq Venesuela sahillərinə doğru hərəkət edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər