NATO bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək
Tarix: 28-08-2025 13:23 | Bölmə: Dünya
NATO bu il müdafiəyə 1,5 trilyon dollar xərcləyəcək

NATO ölkələri 2025-ci ildə artan geosiyasi gərginlik və ABŞ-nın təzyiqləri fonunda müdafiəyə 1,5 trilyon dollardan çox vəsait xərcləməyi planlaşdırır.

Reyting.az
“Bloomberg”-ə istindla bildirir ki, Alyansın hesabatına görə, bütün müttəfiqlər bu il ÜDM-nin 2 faizlik əvvəlki xərcləmə hədəfinə çatmaq niyyətindədirlər.

Xatırlanır ki, iyunda keçirilən NATO-nun sonuncu sammitində üzv ölkələr yeni məqsəd - 2035-ci ilə qədər öz ordularına ÜDM-nin 5 faizini ayırmağa, bunun 3,5 faizini müdafiəyə, 1,5 faizini isə əlaqədar ehtiyaclara, xüsusən də infrastruktura xərcləmək barədə razılığa gəliblər.

“Yeni məqsədlər Avropanın silahlı qüvvələrini və qitənin təhlükəsizlik arxitekturasını dəyişdirməyi vəd edir. Xərclər üzrə lider Almaniyadır, onun illik müdafiə büdcəsinin dörd il ərzində iki dəfə artaraq 162 milyard avroya çatacağı gözlənilir. Ukrayna isə Rusiyaya qarşı mübarizəsini dəstəkləmək üçün hər il 9 milyard avro alacaq”,- “Blomberg” yazıb.

Bundan əlavə, bu il Belçika istisna olmaqla, bütün müttəfiqlər də müdafiə xərclərinin 20 faizini silaha ayırmaq üçün NATO direktivinə əməl etməlidirlər.

Bundan əvvəl media yazmışdı ki, Avropa İttifaqı ölkələri Rusiyanın potensial işğalından qorunmaq üçün şərq sərhədi boyunca bataqlıqların bərpası imkanlarını fəal şəkildə öyrənirlər. Bu yanaşma iki əsas prioriteti birləşdirir - müdafiə və iqlimin qorunması.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər