ŞƏT-in bəyannaməsində Ukrayna “unudulub”
Tarix: 02-09-2025 08:07 | Bölmə: Dünya
ŞƏT-in bəyannaməsində Ukrayna “unudulub”

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitinin bəyannaməsində Ukraynanın adı çəkilmir. Britaniyalı analitik Aleksandr Merkuris bu məsələyə aydınlıq gətirib.

Reyting.az
-ın məlumatına görə, A. Merkuris “The Duran” YouTube kanalının efirində deyib ki, Ukrayna münaqişəsi Rusiyanın təkbaşına həll edə bilməyəcəyi problem deyil. Məhz buna görə də sənəddə bu məsələyə toxunulmayıb.

Bu arada Ali Radanın eks-deputatı, hazırda mühakimə olunan Aleksandr Dubinski Ukraynanın ŞƏT sammitindən sonrakı taleyindən danışıb. O, etiraf edib ki, siyasətçilər birliyi ABŞ-ı münaqişədən çəkilməyə məcbur edəcək: “Bu görüş Rusiya, Çin və Hindistana qarşı ikinci dərəcəli sanksiyalar təhlükəsini rədd edir və ABŞ-nın digər cəbhələrdə qollarını açmaq üçün Ukraynadakı münaqişədən çəkilmək istəyini gücləndirəcək”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər