Gürcüstan prezidenti ABŞ-a səfər edəcək
Tarix: 20-09-2019 18:49 | Bölmə: Dünya
Gürcüstan prezidenti ABŞ-a səfər edəcək

Gürcüstan prezidenti Salome Zurabişvili gələn həftə ABŞ-a işgüzar səfər edəcək.

O, sentyabrın 25-də BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edəcək.

S.Zurabişvili həmçinin sessiya çərçivəsində planlaşdırılan tədbirlərə də qatılacaq.

Prezidentin müxtəlif ölkə rəhbərləri və BMT-nin baş katibi ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.

S.Zurabişvili ABŞ prezidenti Donald Tramp və onun həyat yoldaşı adından təşkil olunacaq rəsmi qəbulda da iştirak edəcək/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}