13:04 / 16-09-2024
Sabah yağış yağacaq
İranlı deputatdan etiraz: “Romada Nizami Azərbaycan şairi kimi təqdim olunur” - Foto
Tarix: 21-10-2019 21:44 | Bölmə: Dünya
İranlı deputatdan etiraz: “Romada Nizami Azərbaycan şairi kimi təqdim olunur”


“Roma şəhərində Nizami Azərbaycan şairi kimi təqdim olunur”.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, bunu İran parlamentinin üzvü Həmid Rza Müvəhhidzadə bildirib.

İslami Şura Məclisindəki çıxışı zamanı Müvəhhidzadə deyib: "Mən Romadakı ən böyük parkı ziyarət etdim. Firdovsinin heykəli mərkəzi meydanda qurulub. Bir neçə addım sonra Azərbaycana məxsus olduğu yazılmış Nizaminin heykəli ucaldılıb. İran səfirliyindən niyə buna etiraz etmədiklərini soruşdum. Dedilər ki, Azərbaycan səfirliyi bizdən daha cəld tərpənib. Buna görə də, səfirdən bu işlərdə daha yaxşı müdafiə səddi qurmasını istədim. Firdovsinin heykəli qısnanıb, deməli, daha çox işləməliyik”.

İranlı deputatdan etiraz: “Romada Nizami Azərbaycan şairi kimi təqdim olunur”




Bölməyə aid digər xəbərlər