ABŞ Ukraynaya hərbi yardımı dondurub
Tarix: 27-11-2019 12:35 | Bölmə: Dünya / Xəbərlər
ABŞ Ukraynaya hərbi yardımı dondurub

BŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan telefon danışığından sonra Ağ ev Ukraynaya hərbi yardımı dayandırıb.

Bu barədə “The Hill” nəşri Konqresin Nümayəndələr Palatasının büdcə komitəsinin sənədlərinə istinadən yazıb.

Bildirilib ki, komitə üzvləri bu barədə hələ açıqlama verməyiblər. Lakin, sənədlərin impiçment prosedurunda istifadə olunacağı deyilir.

Qeyd edək ki, 2019-cu il ərzində ABŞ Ukraynaya 250 və 141 milyon dollar həcmində hərbi yardım ayırıb. Lakin bu yardımın 35,2 milyon dolları Vaşinqton tərəfindən dondurulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}