Prezidentin iki qohumu qətlə yetirilib - Fotolar
Tarix: 17-12-2019 19:52 | Bölmə: Dünya / Xəbərlər
Prezidentin iki qohumu qətlə yetirilib

Suriya prezidenti Bəşər Əsədin yaxın qohumları olan, Qurdahədə yaşan iki gənc qız polis məmuru tərəfindən öldürülüb.

Reyting.az
“Fəraru”-ya istinadla xəbər verir ki, qatil Vaim Zeyd Hama əyalətindəki evdə gecə soxularaq, nişanlısı olan 24 yaşlı Huma Faiz Cəbur və onun 14 yaşlı bacısı Nur Faiz Cəburu qətlə yetirib.

Qətlin motivləri bəlli deyil. Onun Türkiyəyə qaçmaq cəhdinin qarşısı alınıb və həbs edilib.

Gənc qızların anası Bəşər Əsədin əmisi qızıdır.

Prezidentin iki qohumu qətlə yetirilibPrezidentin iki qohumu qətlə yetirilibPrezidentin iki qohumu qətlə yetirilib

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər