16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Etirazçılar ABŞ səfirliyinin binasını zəbt edib - Foto
Tarix: 31-12-2019 14:36 | Bölmə: Dünya / Xəbərlər
Etirazçılar ABŞ səfirliyinin binasını zəbt edib

ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Türkiyənin NTV telekanalının məlumata görə, aksiyada yüzlərlə iraqlı iştirak edib.

Son məlumata görə, aksiyaçılar ABŞ-ın Bağdaddakı səfirliyinin binasına daxil olaraq, binanın bir hissəsində yanğın törətməklə binanı zəbt ediblər.

Etirazçılar ABŞ səfirliyinin binasını zəbt edib

Xatırladaq ki, ABŞ Kərkük yaxınlığındakı bazasına raket zərbəsi nəticəsində bir amerikalı hərbçinin ölməsinə cavab olaraq dekabrın 29-da "Hizbullah"ın İraqdakı qolu olan "Xətaib Hizbullah" qruplaşmasının bazalarını bombalayıb. Qırıcı təyyarələrdən endirilən zərbə nəticəsində "Xətaib Hizbullah"ın ən azı 25 döyüşçüsü öldürülüb, 55 nəfər yaralanıb. Ölənlərin arasında qruplaşmanın dörd komandiri də var. Bu isə ABŞ-a qarşı etirazlara səbəb olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}