İranın müxalifət liderinin oğlu həbs olunub
Tarix: 14-01-2020 10:42 | Bölmə: Dünya / Xəbərlər
İranın müxalifət liderinin oğlu həbs olunub

İran müxalifətinin lideri Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubi həbs olunub.

Polis ötən gecə Hüseyn Kərrubinin evində axtarış aparıb, daha sonra o, həbs edilib.

Həbsin detalları açıqlanmayıb.

Hüseyn Kərrubi Milli Etimad Partiyası Mərkəzi Şurasının üzvüdür.

Qeyd edək ki, Mehdi Kərrubi və Mirhüseyn Musəvi 2009-cu ilin prezident seçkilərinin nəticələrinə etiraz etdikləri üçün 2011-ci ildən ev dustaqlığında saxlanılırlar/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər