Kəşfiyyatçılar dövlət çevrilişinə cəhd edib - Video
Tarix: 15-01-2020 11:05 | Bölmə: Dünya / Xəbərlər
Kəşfiyyatçılar dövlət çevrilişinə cəhd edib

Bu gecə Sudanda dövlət çevrilişinə cəhd olub.

Reyting.az
xəbər verir ki, paytaxt Xortumda yerləşən Baş Kəşfiyyat İdarəsinin binası ətrafında atışma səsləri eşidilib.

Kəşfiyyatçılar aşağı əmək haqlarına görə üsyan edib və bu da sonda dövlət çevrilişinə cəhdlə əvəzlənib.

Sudan Silahlı Qüvvələrinin sözçüsü, general Amar Məhəmməd əl-Həsən bildirib ki, kəşfiyyat təşkilatları əməkdaşlarının belə bir addımı utancvericidir.

General əlavə edib ki, üsyanın yatırılması üçün Silahlı Qüvvələr cəhdlərini davam etdirir: “İndiyə qədər çoxsaylı üsyançıların təslim olması faktları qeydə alınıb. Ordu üsyanın yatırılması üçün cəhdlərini davam etdirir. Üsyanın qarşısı böyük mənada alınıb”.

Ölkənin informasiya naziri Məhəmməd Salih isə bildirib ki, baş verənləri dövlət çevrilişinə cəhd kimi qiymətləndirməyəcəklər: “Baş verənləri sadəcə, üsyan cəhdi kimi qiymətləndirəcəyik”.

Hazırda pautaxtda üsyançılarla ordu arasında silahlı qarşıdurmanın davam etdiyi bildirilir.



Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər