18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Daha bir ölkə Uhandan vətəndaşlarını təxliyə etdi
Tarix: 05-02-2020 12:41 | Bölmə: Dünya / Xəbərlər
Daha bir ölkə Uhandan vətəndaşlarını təxliyə etdi

İran koronavirusun episentri olan Çinin Uhan şəhərindən vətəndaşlarını təxliyə edib.

İSNA xəbər verir ki, təyyarə bu gün səhər İmam Xomeyni hava limanına enib.

Sərnişinlər arasında İranla yanaşı, İraq, Suriya və Livan vətəndaşları da olub. Uhandan təxliyə edilmiş vətəndaşlar 14 gün karantində saxlanılacaq. İlkin məlumata görə, təxliyə edilmiş 50 iranlının heç birində koronavirus aşkarlanmayıb.

Xatırladaq ki, ötən ilin son günündə Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin şərq hissəsindəki Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verib. Mütəxəssislər epidemiyanın törədicisinin yeni növ koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib. İndiyədək virusdan 490 nəfər ölüb, yoluxanların sayı isə 24 mini ötüb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər