17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
ABŞ və “Taliban” sülh sazişi imzaladı
Tarix: 29-02-2020 19:00 | Bölmə: Dünya / Xəbərlər
ABŞ və “Taliban” sülh sazişi imzaladı

ABŞ və "Taliban" Əfqanıstandan Amerika qoşunlarının çıxarılmasını və bu ölkənin daxilində dialoqun başlanğıcını nəzərdə tutan sülh razılaşmasını imzalayıb.

RİA “Novosti” xəbər verir ki, sənədə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi, danışıqlarda nümayəndə heyətinin başçısı Zalmay Xalilzad və "taliblər"in siyasi lideri molla Abdul Qani Baradar imza atıb.

Mərasimdə 30-dan çox ölkənin nümayəndələri iştirak edib.

"Bu razılaşma çoxsaylı səylərin nəticəsi oldu. Bununla biz təsdiq edirik ki, Əfqanıstan heç vaxt terrorçular üçün baza olmayacaq", - deyə mərasimdə çıxış edən ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib.

Saziş ABŞ-ın Əfqanıstandakı qoşunlarının şəxsi heyətinin sayını 135 gün ərzində 12 mindən 8,6 min nəfərə qədər azaltmağı, "Taliban"ın zorakılıqdan çəkinəcəyi təqdirdə Birləşmiş Ştatların öz hərbçilərini və NATO qüvvələrini 14 ay ərzində bu ölkədən çıxarmağı nəzərdə tutur.

Əvəzində "Taliban" Əfqanıstan ərazisindən ABŞ-a və başqa ölkələrə hücum üçün istifadədən imtina etməlidir. Bundan başqa, tərəflər "daimi və hərtərəfli barışıq" haqqında da razılığa gəliblər/Report. 




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}